Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:07

İran filmlərində toyuq əti qadağan oluna bilər


İranda filmlərdə toyuq yemək səhnələri qadağan oluna bilər. İran prezidentinin qaynı və hüquq-mühafizə orqanlarının başçısı Esmail Ahmadi Moghaddam deyib ki, son vaxtlar toyuq ətinin bahalanması ilə əlaqədar olaraq filmlərdə cücə yeyilən səhnələrin çoxalması insanların narazılığına səbəb olur. Çünki, bəzi İranlılar filmlərdə sıx-sıx göstərilsə də, toyuq əti almağa gücü çatmır və aradakı bu sosial fərqi görən bəziləri varlılardan qisas almaq üçün bıçaqlara sarıla bilərlər.

İranda son həftələrdə toyuq ətinin 3 dəfəyə qədər bahalaşıb və bir kilosu 5 dollaradır.
XS
SM
MD
LG