Keçid linkləri

2026, 31 May, bazar, Bakı vaxtı 13:51

Baş naziri Zhanaozendə etirazla qarşılayıblar

Qazaxıstanın Zhanaozen şəhərində ötən ilin dekabrında baş verən toqquşmalara görə həbs edilənlərin yaxıları şəhərə gələn Baş nazir Karim Masimova qarşı etiraz aksiyası keçiriblər. Masimov İcra hakimiyyətinin binasına girərkən toplaşanlar əllərində plakatlar və şüarlarla Baş nazirə qarşı etiraz ediblər.
Zhanaozendə ötən ilin dekabrında neftçilərlə təhlükəsizlik qüvvələri arasında toquşmalarda polis 16 etirazçını öldürmüşdü. Məhkəmə isə iğtişaşları təşkil etmək və iştirak ittihamı ilə onlarla sakinə 4 ildən 7 ilə qədər həbs cəzası verib.
This item is part of
XS
SM
MD
LG