Keçid linkləri

2026, 14 Mart, şənbə, Bakı vaxtı 17:18

Mladic xətəlik bəhanəsinə baxmayaraq məhkəməyə çıxarılacaq

Bosniya Serb ordusunun keçmiş generalı Ratko Mladicin Haaqa Beynəlx Tribunalında məhkəməsi davam edəcək. Ötən Cümə axşamı o xəstə olduğunu bəhanə gətirib prosesə qatılmamışdı. Ancaq məhkəmənin verdiyi bəyanatda Mladicin sağlam olduğu və məhkəməyə çıxarılacağı bildirilib.

1992-95-ci illərdəki Bosniya müharibəsində genosid, müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdə ittiham olunan Mladic ittihamları rədd edir. 70 yaşlı Mladic 16 illik axtarışlardan sonra ötən il həbs edilmişdi.
XS
SM
MD
LG