Keçid linkləri

Təcili xəbərlər
2021, 05 Dekabr, bazar, Bakı vaxtı 09:16

Rusiya Qərbi onları şantaj eləməkdə ittiham edir


Rusiya Xarici İşlər naziri Sergei Lavrov Qərb dövlətlərini Moskvanı şantaj eləməklə Təhlükəsizlik Şurasında Suriyaya qarşı qətnaməni keçirmək niyyətində suçlayıb.

İyulun 16-da, Moskvada BMT-nin Suriya böhranı üzrə xüsusi nümayəndəsi Kofi Annanla görüşdən sonra Lavrov Qərbin 300 nəfərlik monitorinq missiyasını Suriyadan çıxarmaq planlarını şantaj adlandırıb. Lavrov deyib ki, Qərb Rusiyadan müttəfiqi Bashar Assada istefaya get deməsini gözləməklə reallıqdan uzaq davranır.

İyulun 20-da BMT-nin Suriyadakı monitorinq missiyasının müddəti başa çatır. Gün boyu isə Suriyada, xüsusən də paytaxtı Dəməşqdə tanklar və artilleriyanın iştirakı ilə ağır döyüşlər davam edib.
XS
SM
MD
LG