Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:55

Çingiz Abdullayevin "Xəzinədar" romanı Azərbaycan dilində


"Qanun" nəşriyyatı detektiv yazarı Çingiz Abdullayevin daha bir romanını Azərbaycan dilində çap edib.

"Xəzinədar" romanını ruscadan Qalib Əsədov çevirib.

Hörmətli insan, cəbhəçi, bədbəxt hadisə nəti­cə­sin­də həlak olan atasının ölümündən sonra maliyyəçi Ana­toli Qudniçenko bir sıra qəribə hadisələrin şahidi olur.

Əvvəlcə, irsən ona qalmış bağ evlərində naməlum adam­­lar peyda olur, hər şeyin altını üstünə çevirir, ata­sının maşınını eybəcər hala salırlar.

Sonra kimlərsə Anatolinin anasını oğurlayaraq əvəzində heç nə aydın­laş­dırmadan, nəsə çox qiymətli bir şey tələb edirlər.

Son­ra qəfildən girovu azad edirlər…

Bütün bu hadisə­ləri təhlil edərkən Qudniçenko birdən atasının ölü­mün­dən az əvvəl verdiyi başqa bir bağ evinin açarını xatır­layır.

Bütün evi ələk-vələk edən Anatoli on milyonlarla dol­larların saxlandığı xəzinə tapır. Həmin dəqiqədən də onun həyatı tam dəyişir – tapılmış pullar Qudniçen­ko­nun taleyini tanınmaz dərəcədə eybəcərləşdirir…

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG