Keçid linkləri

2026, 07 İyun, bazar, Bakı vaxtı 08:55

Jurnalist Natali Estemirovanın qətlindən 3 il ötür

İyulun 15-i rusiyalı jurnalist, “Memorial” hüquq müdafiə mərkəzinin əməkdaşı Natali Estemirovanın qətlindən 3 il ötür.

O 2009-cu il iyulun 15-də Çeçenistanda oğurlanmış, elə həmin gün də İnquşetiyada cəsədi tapılmışdı.

Çinayətin üstü hələ də açılmayıb.

İstintaq ilkin olaraq bu işdə güc qrumlarının əli olması da daxil olmaqla bir sıra versiyalar üzərində dayanmışdı.

Amma indi məsələ çeçen yaraqlılarının üzərinə yönəlib və hüquq müdafiəçiləri buna şübhə ilə yanaşırlar.

Rusiya və xaricdə jurnalistin xatirəsi yad edilib, aksiyalar keçirilib.
This item is part of
XS
SM
MD
LG