Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Şimali Koreya liderini gənc qadınla görüblər


Şimali Koreya televiziyası bu gün yenidən ölkənin yeni lideri Kim Jong-unu gənc qadınla bir məclisdə göstərib.

Bir sıra kütləvi informasiya vasitələri ehtimal edir ki, bu onun həyat yoldaşı ola bilər.

Uşaq müəssisələrindən birinə baş çəkən Kim Jong-unu həmin qadın müşaiyət edirmiş.

Şimali Koreya liderlərinin şəxsi həyatı demək olar ki, həmişə məxfi saxlanılır, bu barədə ictimaiyyətə olduqca az informasiya sızır.

Kim Jong-un bu vəzifəyə ötən ilin sonunda atasının vəfatından sonra gəlib.
XS
SM
MD
LG