Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:32

Sudanla Cənubi Sudan barışacaqlarını vəd ediblər


Sudan və Cənubi Sudan prezidentləri sərhədəki qanlı toqquşmaların qarşısını almaq üçün bütün mümkün imkanlara əl atacaqlarını bəyan ediblər.

Bazar gününə keçən gecə Afrika Birliyinin Efiopiyada keçirilən sammiti çərçivəsində Sudan prezidenti Omar al Bashir və Cənubi Sudan prezidenti Salva Kiir arasında görüş olub.

Hazırda Afrika Birliyinin vasitəçiliyi ilə iki ölkə arasında sülh danışıqları gedir.

Tərəflər avqustun 2-dək razılığa gəlməlidirlər.

Əks halda hər iki ölkəyə qarşı beynəlxalq sanksiyalar tətbiq edilə bilər.

Sudanla, ötən il bu ölkədən ayrılaraq müstəqil olmuş Cənubi Sudan arasında ərazi mübahisəsi var.

Söhbət sərhəddə yerləşən zəngin neft bölgəsindən gedir.
XS
SM
MD
LG