Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:25

Səudiyyə Ərəbistanı Rusiya rəsmisinin bəyanatını tənqid edib


Səudiyyə Ərəbistanı Rusiya rəsmisinin ölkənin şərqindəki vəziyyətin yoluna qoyulması və insan haqlarının təmin edilməsilə bağlı bəyanatını tənqid edib,bunu ölkənin daxili işlərinə qarşımaq adlandırıb.

Rusiyanın insan haqları, demokratiya və qanunun aliliyi üzrə xüsusi nümayəndəsi
Konstantin Dolqov iyulun 12-də Rusiya Xarici İşlər Nazirliyinin saytında belə bir bəyanatla çıxış edib.

Bir həftə əvvəl Səudiyyə Ərəbistanın şərqində dini şiə xadiminin həbsi yenidən bölgədə etirazlara səbəb olub.

Polislə aksiyaçılar arasında baş vermiş toqquşmalarda 2 nəfər ölüb, 20 adam isə yaralanıb.

Səudiyyə Ərəbistanın daxili işlər naziri deyir ki, onları təhlükəsizlik qüvvələri yox, qatillər öldürüb.
XS
SM
MD
LG