Keçid linkləri

2017, 30 Aprel, bazar, Bakı vaxtı 11:18
ABŞ Dövlət katibi Hillary Clinton Misirdə bu günlərədək ölkəni idarə edən Ali hərbi şuranın üzvlərilə görüşür.

Dövlət katibi dünən Qahirədə yeni prezident Mohammad Morsi ilə görüşüb.

Hillary Clinton Misirdə demokratiyaya keçidi dəstəkləyib və bütün siyasi qüvvələr arasında əməkdaşlığın vacibliyini vurğulayıb.

O qeyd edib ki, hərbçilər seçkinin nəticələrinə hörmətlə yanaşmalı, getdikcə siyasi səhnədən çəkilməli və yalnız ölkənin təhlükəsizliyinin təmin edilməsilə məşğul olmalıdır.

2011-ci ilin fevralında keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkəni Ali Hərbi Şura idarə edirdi.

Amma indi hərbçilər hakimiyyəti yeni prezident Mohammad Morsiyə verib.

O “Müsəlman qardaşları” hərəkatını təmsil edir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG