Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 04:45

Kofi Annan:"Suriya BMT qətnamələrini ələ salır"


Suriya üzrə beynəlxalq elçi Kofi Annan deyir ki, Suriya hakimiyyəti Treymsi qəsəbəsində kütləvi qətl törətməklə BMT-nin təhlükəsizlik şurasınının qətnamələrini ələ salıb.

Məlumatlara görə Suriya ordusu cümə axşamı qəsəbədə 150-ə yaxın adam öldürüb.

Suriyadakı beynəlxalq müşahidəçilərin rəhbəri Robert Mood deyir ki, hakimiyyət onları qəsəbəyə buraxmır.

Cümə günü isə ölkədə gedən toquşmalarda azı 118 adam ölüb.
11 uşaq da daxil olmaqla onlardan 49-u dinc sakindir.

BMT-nin baş katibi Ban Ki Moon təhlükəsizlik şurasından qan tökülməsini dayandırmaq üçün təcili tədbirlər görülməsini tələb edib.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG