Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:09

Moskvada senzura əleyhinə mitinq keçirilib


Moskvada İnternetə senzuraya qarşı mitinq keçirilib.

AzadlıqRadiosunun müxbirinin məlumatına görə, Rusiya Pirat partiyası və Rusiya
Kommunist Əmək Partiyasının təşkil etdikləri aksiyada 60-a yaxın adam iştirak edib.

Rusiyanın Dövlət Duması çərşənbə axşamı İnternetdə informasiyanın yayılmasını məhdudlaşdıran qanun layihəsi qəbul edib.

Sənədə görə, əgər sayt azyaşlıların iştirakı ilə fornoqrafik şəkillər yaysa, narkotiklər və intiharı təbliğ etsə məhkəmə yolu ilə bağlana bilər.

Bu düzəlişə qarşı çıxan bir sıra iri İnternet resursları hesab edirlər ki, bu bütün qlobal şəbəkələr üçün senzura ilə nəticələnəcək.
XS
SM
MD
LG