Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:44

Son 3 gündə Suriyada 250-dən çox adam öldürülüb


Şənbə günü Suriyanın Homs əyalətində daha 5 adamın öldürüldüyü xəbər verilir.

Onlardan 1-i hamilə qadın, 2-si isə üsyançıdır.

Bu barədə suriyalı hüquq müdafiəçiləri xəbər verirlər.

Başqa bir məlumata görə isə hökumət qoşunları ağır texnika və vertolyotların dəstəyi ilə
Dera əyalətindəki şəhərlərdən birinə hücum edib.

Cümə günü isə ölkədə gedən toquşmalarda azı 118 adam ölüb.

11 uşaq da daxil olmaqla onlardan 49-u dinc sakindir.

Hökumət qoşunları bir sıra şəhərlərdə nümayişçilərə atəş açıblar.

Suriyadakı beynəlxalq müşahidəçilərin rəhbəri Robert Mood deyir ki, hakimiyyət onları cümə axşamı 150-ə yaxın adamın öldürüldüyü Treymsi şəhərinə buraxmır.

Qərb ölkələri Suriya rejiminə qarşı kəskin sanksiyalar tətbiq edilməsini tələb edir.
Rusiya buna qarşı çıxır.
XS
SM
MD
LG