Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:06

Minsk qrupu həmsədrləri bəyanat yayıb


ATƏT-in Minsk qrupunun həmsədrləri bəyanat yayıblar.
Bəyanatda deyilir ki, Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Jacques Faure (Fransa) və İqor Popov (Rusiya) iyulun 10-13-ü Bakıda, Dağlıq Qarabağda və Yerevanda səfərdə olublar.

Onlar region rəhbərləri ilə görüşüblər və iyunun 18-də Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə Los Cabosda başlanmış müzakirələri davam etdiriblər.

Həmsədrlər atəşkəsin pozulmağından öz dərin narahatlıqlarını bildiriblər.
Onlar hesab edirlər ki, sülhə nail olmaqda tərəflərin göstərməli olduğu siyasi iradə maksimalist mövqelərdən geri çəkilmək, 1994-cü il atəşkəs sazişinə əməl etmək və düşmənçilik ritorikasından əl çəkməkdir.

Dağlıq Qarabağda hava limanının açıması planları haqda məlumatlara gəlincə, həmsədrlər tərəflərdən təminat alıblar ki, onlar mülki təyyarələrə qarşı gücdən istifadə olunmasını və güclə hədələmədən imtina edirlər, bu məsələləri diplomatik yolla həll edirlər və bunu siyasiləşdirmirlər.

Həmsədrlər əmin edirlər ki, bu hava limanı Dağlıq Qarabağın statusunun dəyişdirilməsinə istifadə oluna bilməz və həmsədrlər tərəfləri onların ərazilərinin üstündən uçuşlar üçün beynəlxalq qanunlara uyğun hərəkət etməyə çağırırlar.

Həmsədrlər Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri ilə sentyabr ayında birgə görüşü hazırlamaq üçün onlarla ayrılıqda görüşməyi planlaşdırırlar.
XS
SM
MD
LG