Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:20

Rövnəq Abdullayev: Azərbaycanın karbohidrogen ehtiyatları artır


-
Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) vəsaiti hesabına yeni Gəmiqayırma Zavodunun tikintisinə başlanıb ki, bu da regionun ən böyük zavodudur.

Bunu ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib:

«ARDNŞ əməliyyatlarının 95%-i dənizdə həyata keçirdiyi üçün Xəzər regionunda ən böyük gəmiqayırma zavodunun tikintisinə ehtiyac yarandı».

R.Abdullayev qeyd edib ki, hazırda ARDNŞ-in 300-dən artıq gəmisi var:

«Bizim gəmilərə ehtiyacımız daha da artdığı üçün bu zavodun tikintisinə ehtiyac vardı. Zavod işə düşəndən sonra 1500-2000 nəfər insan işləyəcək».

ARDNŞ prezidenti Azərbaycan enerji təhlükəsizliyini tam təmin etdiyini vurğulayıb:

«Həmçinin ölkəmiz Türkiyə, Gürcüstan və bir sıra ölkələrin də enerji təhlükəsizliyinin təminatında böyük rol oynayır. «Şahdəniz», «Ümid», «Abşeron» və bir sıra yataqların kəşf edilməsi Azərbaycanın karbohidrogen ehtiyatlarının həcmini daha da artırıb. Belə ki, çıxarıla bilən karbohidrogen ehtiyatları 4.5 mlrd. tona, proqnoz ehtiyatları isə 10 mlrd. ton həcmindədir. Şirkət artıq bir sıra ölkələrdə beynəlxalq layihələr həyata keçirməkdədir».

/apa/
XS
SM
MD
LG