Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 22:55

«Royal Bank»ın lisenziyası dayandırılıb


Azərbaycan Mərkəzi Bankı (AMB) «Royal Bank» ASC-nin lisenziyasının qüvvəsini dayandırıb.

Bankın İdarə Heyətinin sədri Azər Şahmərdanov APA-ya bildirib ki, lisenziyanın dayandırılması müvəqqəti xarakter daşıyır: «Yəqin ki, yaxın vaxtlarda lisenziya bərpa oluna bilər. Bu istiqamətdə Mərkəzi Bankla danışıqlar aparılır».

AMB-dən bankın lisenziyasının dayandırılması faktını təsdiq ediblər.

Təsisçisi ABŞ vətəndaşı olan «Royal Bank» ASC 1993-cü ildə Azərbaycanda «OZ Bank» kimi yaradılıb. Bankın ölkə üzrə 32 filialı, 31 bankomatı və 113 POS-terminalı var.
XS
SM
MD
LG