Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:01

Ali məktəblərə qəbul imtahanlarının vaxtı yetişdi, ilk imtahan sabahdır


İyulun 14-də Azərbaycanın ali məktəblərinə ilk qəbul imtahanı keçiriləcək. Birinci olaraq imtahanı 3-cü ixtisas qrupunu seçən abituriyentlər verəcək. İmtahan Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Şəki, Lənkəran şəhərlərində keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, bu qrupa 30831 abituriyent ərizə verib. Onların 28151-i Azərbaycan, 2680-i isə rus bölməsinin məzunlarıdır.

Növbəti imtahan I ixtisas qrupu üzrə iyulun 20-də, IV ixtisas qrupu üzrə iyulun 27-də, II ixtisas qrupu üzrə isə avqustun 3-də keçiriləcək.

Xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanları III ixtisas qrupu üzrə iyulun 18-24-də, I ixtisas qrupu üzrə iyulun 24-30-da, IV ixtisas qrupu üzrə isə iyulun 31-dən avqustun 8-dək olacaq.
XS
SM
MD
LG