Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:47

Qubada daha 2 həbs, mətbuatdan milli azlıqlara töhfə...


Mətbuat icmalı
Mətbuat icmalı
ƏMƏK HAQLARININ GİZLƏDİLMƏSİNƏ QARŞI CİDDİ TƏDBİRLƏR HAZIRLANIR

«Bizim yol» qəzeti yazır ki, Azərbaycanda qeydiyyatdan kənar məşğulluq və əmək haqlarının gizlədilməsinə qarşı dövlət səviyyəsində ciddi tədbirlər hazırlanır. Bu barədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov açıqlama verib. Onun sözlərinə görə, DSMF bu sahəni ciddi araşdıraraq görüləcək tədbirlərlə bağlı təkliflər hazırlayıb və yaxın günlərdə onları dövlət başçısına təqdim edəcək.

MƏTBUAT MİLLİ AZLIQLARIN DİLİNİN VƏ MƏDƏNİYYƏTİNİN İNKİŞAFINA TÖVHƏ VERİR

«Azərbaycan» qəzeti qeyd edir ki, Azərbaycan mətbuatı ölkədə milli azlıqların dilinin, mədəniyyətinin, adət ənənələrinin qorunmasına və inkişafına böyük töhfə verir.

İyulun 12-də Prezident yanında KİV-ə Dövlət Dəstəyi Fondunda Avropa Şurası Məşvərətçi Komitəsinin ekspert qrupunun üzvləri ilə görüş keçirilib. Görüşdə qurumun icraçı direktoru Vüqar Səfərli KİV-lərə dövlət dəstəyinin istiqamətləri haqqında, eləcə də milli azlıqların dilinin, mədəniyyətinin, adət və ənənələrinin qorunmasına və inkişafına mətbuatın verdiyi töhfələrdən söz acıb. O qeyd edib ki, fondun elan etdiyi müsabiqələrdə milli azlıqların dilinin, mədəniyyətinin, adət-ənənələrinin qorunması və inkişaf etdirilməsi ilə bağlı mövzulara xüsusi diqqət yetirilir.

QUBADA DAHA İKİ HƏBS

«Azadlıq» qəzetinin məlumatına görə, bu ilin mart ayında Qubada baş vermiş hadisələrlə əlaqədar daha iki nəfər tutulub. Onlardan biri Quba rayon Ağsaqqallar Şurasının sədr müavini Gülağa Ağayev, digəri isə onun nəvəsidir. Hər iki şəxs Kürdəxanıdakı istintaq təcridxanasında saxlanılır. İstintaq Gülağa Ağayevi Qubanın keçmiş icra başçısı Rauf Həbibovun müşavirədəki çıxışından videonu hazırlatdırmaqda və yaymaqda, nəvəsini isə həmin videonu internetə yerləşdirməkdə ittiham edir.

İCTİMAİ PALATANIN İFLASI

«Yeni Azərbaycan» qəzeti İctimai Palatanın iflas ərəfəsində olduğunu bildirir. Qəzet yazır ki, vahid namizəd məsələsi radikal düşərgədə qarşıdurmanı daha da şiddətləndirib. «Hər zaman müxtəlif xarakterli qarşıdurmalar və ziddiyyətlərlə gündəmə gələn radikal müxalifət düşərgəsində parçalanma meylləri qarşıdurma və qütbləşmə tendensiyalarını daha da kəskinləşdirib».

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG