Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:48

Suriyada 200-dən çox insan qətlə yetirilib


Müxalifət fəalları deyirlər ki, Suriya ordusu tanklar və təyyarələr istifadə edərək mərkəzi əyalət Hamada 200-dən çox insanı qətlə yetirib.

Londonda yerləşən Suriyanın İnsan Hüquqları Müşahidəçi qrupu bildirib ki, qətliam Treimsa kəndində törədilib.

Dövlət İnformasiya Agentliyi SANA kənddə ordu və “terrorçu qrup” arasında toqquşma barədə məlumat verib, ancaq burda nə qətliam, nə də ümumiyyətlə ölüm halları barədə hər hansı qeyd yoxdur.

Müxalif Suriya Milli Şurasının rəhbəri Abdel Basset Sayda qətliamla bağlı hiddətini ifadə edib və Dəməşq rejiminə qarşı hərbi müdaxilə üçün imkan verən BMT-nin sərt qətnaməsi üçün çağırış edib.

Müşahidə Qrupu deyir ki, ötən il mart ayının ortasından başlayan üsyandan bəri 17 mindən çox insan öldürülüb.
XS
SM
MD
LG