Keçid linkləri

2025, 21 May, çərşənbə, Bakı vaxtı 06:19

Peugeot 8 min işçini ixtisar edir


Peugeot Citroen
Peugeot Citroen
Fransız avtomobil istehsalçısı Peugeot-Citroen şirkəti Fransada 8 min iş yerini ixtisara salacağını və Parisin şimalında böyük bir fabrikini bağlayacağını açıqlayıb. Xəbəri Reuters agentliyi yayıb.

Paris yaxınlığında 3000-dən çox işçisi olan və kiçik litrajlı Citroen C3 istehsal edən Aulnay-sous-Bois zavodunda istehsal 2014-cü ildə dayandırılacaq.

Şirkət rəhbərliyi iyulun 12-də işçi nümayəndələri ilə görüşdə ixtisarlar və son planları barədə məlumat verib.

Bu açıqlamanın ardınca Aulnay zavodunun işçiləri etiraz tətilinə başlayıblar.

Avropanın cənubundakı böhranla əlaqədar bu il şirkətin gəlirləri 700 milyon avro azalıb.

Bu ilin ilk rübündə Avropada Peugeot-Citroen satışı 20 faiz düşüb.
XS
SM
MD
LG