Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 04:10

Pakistan prezidenti yenə də istintaq təhlükəsilə üzləşib


Pakistanın ali məhkəməsi baş nazir Raja Parvez Ashrafa korrupsiyada ittiham olunan prezident Asif Ali Zardarinin istintaq işini bərpa etməyi tapşırıb.

Məhkəmənin qərarında qeyd olunur ki, baş nazir məhkəmənin göstərişini yerinə yetirməlidir.

Bundan əvvəlki baş nazir Yusif Rza Gilani bu məsələyə görə, vəzifəsindən uzaqlaşdırıldı.

Zardariyə qarşı cinayət işi 2007-ci ildə keçmiş prezident Parviz Musharrafın elan etdiyi amnistiya ilə dayandırılmışdı.

Bir qədər sonra məhkəmə amnistiyanı qanunsuz elan etsə də Gilani hökuməti prezidentin toxunulmazlıq hüququ olduğunu əsas gətirərək istintaqı bərpa eləmədi.
XS
SM
MD
LG