Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 17:21

İlham Əliyev İrana gedir


-
İyulun 12-də prezident İlham Əliyev İranın təhsil və təlim naziri Hamidreza Hajibabaii'ni qəbul edib.

Nazir İran prezidentinin Bloklara Qoşulmayan Ölkələr Hərəkatına üzv dövlətlərin Tehranda keçiriləcək sammitinə dəvət məktubunu İlham Əliyevə çatdırıb.

İranın Azərbaycandakı səfirliyinin məlumatında bildirilir ki, Hajibabaii iki ölkə arasındakı əlaqələrin əhəmiyyətini vurğulayıb:

«O vurğulayıb ki, region ölkələrinin, müstəqil və müsəlman dövlətlərinin əməkdaşlığı və bir-birinə inteqrasiyası qlobal münasibətlərin, eləcə də ümumi sülh və rifahın inkişafına yönəlmişdir».

Azərbaycan prezidenti İlham Əliyev də Hajibabaii’nin Bakıya səfərindən məmnun qaldığını bildirib. Qoşulmayanlar Hərəkatının sammitinin əhəmiyyətini vurğulayaraq, bu sammitə qatılmağı önəmli hesab edib. Yaxın gələcəkdə Mahmoud Ahmadinejad'la görüşəcəyinə ümidvar olduğunu bildirib.

Bloklara Qoşulmayan Ölkələr Hərəkatının Tehran sammiti avqustun 20-25-də keçiriləcək.
XS
SM
MD
LG