Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:58

«Haray» salanın adı bəlli oldu


«Haray» (The Scream) əsəri
«Haray» (The Scream) əsəri
Norveç rəssamı Edvard Munch-un «Haray» (The Scream) əsərinin alıcısı məlum olub.

Bu, amerikalı biznesmen, tanınmış kolleksiyaçı Leon Black-dir.

Xəbəri «The Wall Street Journal» yayıb.

Xəbərdə bildirilir ki, nə Leon Black, nə də onun başçılıq etdiyi Apollo Global Management kampaniyasının mətbuat xidməti bu xəbəri şərh edib.

Xatırladaq ki, bu ilin mayında Edvard Munch-un «Haray» əsəri Sotheby's-də 119, 9 milyon dollara satılaraq indiyə qədər satışı gerçəkləşdirilən ən bahalı rəsm əsəri olmuşdu.

Satışın cəmi 12 dəqiqə sürdüyü bildirilirdi.

Ekspertlərin əvvəlcə 40 milyon dollar qiymətləndirdikləri əsər satış günü 3 dəfə baha satılmışdı.

Əsəri kimin aldığı gizli saxlanılırdı.

Leon Black sənət çevrələrində yaxşı tanınır.

2009-cu ildə o, Rafaelin «İlham pərisinin başı» əsərini Christie's-dən 47, 9 milyon dollara almışdı. O zaman həmin qiymət rekord sayılırdı.

Rəşid Şərifin karikaturası (Haray)
Rəşid Şərifin karikaturası (Haray)
2006-cı ildə isə Leon Black alman ekspressionisti Kirşnerin «Berlində küçə mənzərəsi» adlı əsərinə kosmetika kralı Ronald Lauderlə birgə 38 milyon dollar ödəmişdi.

Bu iki tanınmış şəxs birlikdə 2001-ci ildə Maks Bekmann-ın «Avtoportret» əsərinə 21 milyon dollar vermişdilər.

İstinad etdiyimiz jurnalın müşahidələrinə görə, Lauderdən fərqli olaraq Leon Black öz kolleksiyasında topladığı sənət əsərlərini gizli saxlamağa üstünlük verir.

Leon Black-in Nyu-Yorkda yerləşən 750 milyon dollarlıq kolleksiyasında saydığımız əsərlərdən başqa Van Qoqun, Ternerin, Uorxolun və digərlərinin tabloları var.

Biznesmen iki məşhur muzeyin—Nyu-York Müasir İncəsənət Muzeyinin və Metropoliten muzeyinin direktorlar şurasının üzvüdür.

Tamaşaçıların gələcəkdə Edvard Munkun «Haray» tablosunu bu muzeylərin hansında görə biləcəyi isə hələ heç kəsə məlum deyil.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG