Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 20:22

Timoşenkonun məhkəməsi təxirə salınıb

Ukraynanın mülki və cinayət işləri üzrə ali məhkəməsi həbsdə olan keçmiş baş nazir
Yuliya Timoşenkonun kassasiya şikayətinə baxılmasını avqustun 16-a keçirib.

Məlumatlara görə bunu dövlət ittihamçıları xahiş edib.

Onlar Yuliya Timoşenkonun səhəti ilə bağlı ekspertizanın nəticəsini gözləyirlər.

Məhkəmə prosesi artıq 3-cü dəfədir ki, müxtəlif səbəblərdən təxirə salınır.

Vəkillər Timoşenkonu 7 il həbs cəzasına məhkum etmiş Peçersk rayon məhkəməsinin qərarının ləğvini tələb edirlər.

Timoşenko hakimiyyətə olduğu dövürdə Rusiya ilə qaz müqaviləsi imzalanarkən səlahiyyətlərini aşmaqda ittiham olunur.
This item is part of
XS
SM
MD
LG