Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

Hilal Məmmədovun atası bəyanatla çıxış edib


İyunun 21-də tutulan, narkotik maddə saxlama, sonradan isə dövlətə xəyanət və casusluqda ittiham olunan «Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədovun atası Əlif Məmmədov bəyanatla çıxış edib.

Əlif Məmmədov Hilal Məmmədova qarşı irəli sürülən ittihamları absurd hesab edir. Bildirir ki, «Hilal Məmmədov Azərbaycanı sevən, hələ gənc yaşlarından Avropanın və dünyanın aparıcı riyazi nəşrlərində məqalələri çap olunan bir alimdir».

Hilal Məmmədovun atası hesab edir ki, oğluna qarşı irəli sürülən ittihamların müəllifləri Azərbaycan hökumətinə qarşı olan insanlardır: «Əslində bu hərəkətləri ilə düşmən dəyirmanına su töküb, Azərbaycanın dövlətçiliyinə və Azərbaycan Konstitusiyasının qarantı olan prezidentə arxadan zərbə endiriblər".

Hilal Məmmədov iyunun 22-də külli miqdarda narkotik maddə saxlama ittihamı ilə saxlanıb. Məhkəmə onun haqqında 3 aylıq həbs qətimkan tədbiri seçib.

Hazırda Hilal Məmmədov CM-nin 274 (dövlətə xəyanət), 234.4.3-ci (Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama) və 283.2.2 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur. O, 1992-ci ildən İranın xüsusi xidmət orqanları ilə əməkdaşlıqda təqsirləndirilir.

İttihamlar təsdiqlənsə, onu 15 ilədək həbs cəzası gözləyir.
XS
SM
MD
LG