Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

ATƏT Baş katibi Yerevana atəşkəsin vacibliyindən danışıb


ATƏT Baş Katibi Lamberto Zannier Ermənistanla Azərbaycan arasında atəşkəsə ciddi riayət edilməsinin vacibliyini vurğulayıb. O, bu barədə iyulun 12-də Yerevana rəsmi səfəri zamanı danışıb.

ATƏT-in yaydığı məlumatda deyilir ki, Lamberto Zannier söz verib ki, ATƏT Ermənistandakı islahatlara dəstəyini davam edəcək.

Baş katib deyib ki, ATƏT Minsk qrupunun və sədrin xüsusi nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində fəaliyyətini təqdir edir.

Lamberto Zannier təmas xəttində baş verənlərlə, Ermənistan-Azərbaycan sərhədində yaşayan mülki şəxslərin hədəf olması ilə bağlı öz narahatçılığını da çatdırıb. Tərəfləri çağırıb ki, snayperlər təmas xəttindən uzaqlaşdırılsın.

Lamberto Zannier Yerevanda Ermənistan prezidenti Serzh Sargsyan və Milli Məclisin sədri Hovik Abrahamyanla, xarici işlər naziri Eduard Nalbandyanla görüşüb.

O, iyulun 8-də Cənubi Qafqaza səfərini Bakıdan başlayıb, sonra Tbilisiyə gedib. Onun regiona səfəri Ermənistanda başa çatır.
XS
SM
MD
LG