Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:53

14-18 yaşlı gənclər üçün yay düşərgələri fəaliyyətə başlayıb


Quba, İsmayıllı, Şəki və Lənkəranda 14-18 yaşlı gənclər üçün «Azərbaycan - doğma diyarımdır» adlı yay istirahət düşərgələri fəaliyyətə başlayıb.

Təşkilatçı Gənclər və İdman Nazirliyidir.

Düşərgələr yay istirahətinin, asudə vaxtın səmərəli təşkil edilməsi məqsədi ilə keçirilir.

10 günlük növbələr üzrə keçirilən yay istirahəti vaxtı gənclər istirahət edəcək, tarixi-mədəni obyektlərlə də tanış olacaq. İdman və intellektual yarışlarda iştirak edəcəklər.

Yay düşərgələri iyulun sonlarına qədər davam edəcək. Düşərgələrdə 2200-dək gəncin iştirakı planlaşdırılır.

Avqust ayından isə Qax rayonunda bu cür düşərgələr təşkil olunacaq.
XS
SM
MD
LG