Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 15:19

Ali Khamenei: “Qərb ölkələri İranı “peyvənd edib”


İranın Ali Dini lideri Ali Khamenei isə bu ay qoyulan sərt sanksiyaları rədd edib, deyib ki, onun ölkəsinin immuniteti var. O bildirib ki, Qərb ölkələri ötən 30 ildə İranı belə sanksiyalarla "peyvənd edib".

Ali Khameneinin sözlərinə görə, İran bu illər ərzində "100 faizlik gücə" sahib oub.

ABŞ və Qərb dövlətləri hesab edirlər ki, İran nüvə silahı layihəsi üzərində işləyir və bunu öz ölkələrinə ciddi təhlükə sayırlar. İran bunu rədd edir.

Bir müddətdir ki, İrana qarşı beynəlxalq sanksiyalar həyata keçirilir. İyulun 1-dən isə
Avropa Birliyi İranın neft sektoruna embarqo qoyub.

İqtisadçılar bu sanksiyaların İran iqtisadiyyatına ciddi zərər vuracağını hesab edirlər.
XS
SM
MD
LG