Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 11:10

İran yerli medianı beynəlxalq sanksiyaların təsirindən yazmamağa çağırır


İranın Mədəniyyət Naziri Mohammad Hosseini hesab edir ki, belə məlumatlar İranın milli maraqlarına zərər vura bilər.

Mohammad Hosseini hökumət vebsaytında bildirib ki, ölkənin sanksiyalardan ziyan çəkməməyi üçün mediadan daha çox əməkdaşlıq tələb olunur.

Onun bu bəyanatı iqtisadi çətinliklərin yaranması haqda informasiyalara nəzarət etmək səylərinin nadir rəsmi etirafı kimi qiymətləndirilir.

İranda ənənəvi və online meida senzuradan keçirilir.

İyulun 1-dən Avropa Birliyi İranın nüvə layihəsi üzündən onun neft sektoruna embarqo qoyub.
XS
SM
MD
LG