Keçid linkləri

2026, 13 Avqust, cümə axşamı, Bakı vaxtı 01:47

Misir prezidenti Səudiyyə Ərəbistanına gedib

Misir prezidenti Mohammad Morsi Səudiyyə Ərəbistanına səfərə gedib.

O 2 günlük səfər çərçivəsində kral Abdulla və digər ölkə rəsmilərilə görüşəcək.

Bu prezident kimi onun xarici ölkəyə ilk səfəridir.

Misirin konstitusiya məhkəməsi çərşənbə axşamı parlamentin bərpa edilməsilə bağlı Mohammad Morsinin fərmanını dayandırıb.

Qeyd edək ki, bunadək ölkəni idarə edən ali hərbi şura prezidentin fərmanından əvvəl Konstitusiya məhkəməsinin aşkar etdiyi pozuntulara əsasən yeni parlamenti buraxıb.
This item is part of
XS
SM
MD
LG