Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:53

Adam Sterlinq QHT və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb


 Adam Sterling
Adam Sterling
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.

Görüşdə ölkədə insan haqlarının vəziyyəti, söz və mətbuat azadlığı, qanunun aliliyi, mülkiyyət hüququ və digər məsələlər müzakirə olunub.

Hüquq müdafiəçiləri Novella Cəfəroğlu, Arzu Abdullayeva və Səidə Qocamanlı da görüşə qatılıblar.

Adam Sterlinq bildirib ki, insan haqları ABŞ üçün əsas məsələ olaraq qalır və onun ölkəsi bu sahədə vəziyyəti yaxşılaşdırmaq üçün Azərbaycan hökumətinə kömək etməyə hazırdır.

Görüşdə Dövlət Departamentinin 2011-ci ildə insan haqlarının vəziyyəti ilə bağlı yaydığı illik hesabat müzakirə olunub.

Diplomat jurnalistlərlə söhbət zamanı bildirib ki, hesabatın Azərbaycana aid hissəsində xüsusilə ölkədə sərbəst toplaşmaq hüququna məhdudiyyət qoyulması, hüquq sistemindəki durum, xüsusilə icra hakimiyyətinin məhkəmə hakimiyyətinə təsiri və vətəndaşların mülkiyyət hüquqlarının pozulması, evlərin sökülməsindən ciddi narahatlıq bildirilir.

O həmçinin Azərbaycan hakimiyyətini jurnalist İdrak Abbasovun döyülməsi, Rafiq Tağının qətlə yetirilməsi və Xədicə İsmayılovanın işi ilə bağlı təhqiqatda irəliləyişə çağırıb.
XS
SM
MD
LG