Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 16:22

Ağsuda qızıl dəfinəsi tapılıb


Ağsuda aparılan tədqiqatlar nəticəsində qızıl dəfinəsi aşkarlanıb. Gün.az saytı yazır ki, tədqiqatlara 2010-cu ilin mart ayından start verilib.

Qazıntı ərazisində Azərbaycanın orta əsrlərə aid nadir maddi-mədəniyyət nümunələri aşkar edilib.

Belə tapıntılardan biri iyunun 22-də şərti olaraq 7-ci qazıntı sahəsi adlandırılan ərazidə, qazıntı işləri aparılarkən biri-birinin yaxınlığında səpələnmiş vəziyyətdə olan 37 ədəd qızıl sikkə tapılıb.

Onların hamısı yaxşı vəziyyətdədir. Sikkələr Tarix Muzeyinə təhvil verilib.

Hazırda qazıntı işləri davam etdirilir.
XS
SM
MD
LG