Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:20

Azərbaycan avarçəkənləri Avropa çempionatına gedir


İyulun 12-də Portuqaliyanın Montemor-o-Velyo şəhərində yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı başlayır. 4 gün davam edəcək yarışda Azərbaycan 5 kayakçı və 3 kanoeçi ilə təmsil olunacaq. Bu barədə Azərbaycanın Milli Avarçəkmə Federasiyası məlumat yayıb.

Yeniyetmələrin mübarizəsinə Tamerlan Mustafayev, Amil Hüseynli, Aleksandr Piçugin, Yasin Əhmədov, Aleksey Kupin və Mikita Sablin qatılacaqlar.

23 yaşadək idmançılar arasında isə Mirnazim Cavadov və Andrey Kraytor çıxış edəcək.

Ötən il Xorvatiyada keçirilmiş Avropa çempionatında Azərbaycan milli komandası 1 qızıl, 1 gümüş medal qazanıb. Hər iki medala Andrey Kraytor sahib olub.
XS
SM
MD
LG