Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 21:06

Putin QHT_lərlə bağlı qanunun müzakirəsini yubatmaq istəmir


Rusiya prezidenti Vladimir Putin Prezident yanında İnsan Haqları Şurasının sədri Mikhail Fedotovla QHT-lər haqda mübahisəli qanun layihəsini müzakirə edib.

Yeni qanun layihəsi xaricdən maliyyələşən QHT-ləri xarici agentlərlə eyniləşdirir və daha sıx yoxlanmasını tələb edir. Fedotov ilk oxunuşda qəbul edilən qanunun müzakirələrinin 2 aylığa təxirə salınmasını və ictimai müzakirələr aparılmasını təklif edib. Putin isə təxirə salma fikri ilə razılaşmayıb. Ancaq qanunun qəbulundan sonra, dövlətin QHT_lərə yardımlarının 3 dəfə artırılacağına söz verib.

Rusiya Dövlət Duması iyulun 13-də qanun layihəsini 2-ci və 3-cü oxunuşlarda müzakirə edəcək.

***

Günün bütün mövzuları

XS
SM
MD
LG