Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:45

Nadarxanini ilə bağlı ABŞ İrana çağırış edib


ABŞ İrana çağırış edib ki, pastor Yusif Nadarxanini azad etsin. Yusif Nadarxani İslamdan Xristianlığa keçdiyinə görə 2009-cu ildə ölüm hökmü ilə məhkum edilib.

ABŞ dövlət departamenti sözçüsü Viktoria Nuland bəyanatda deyib ki, “Nadarxani sadəcə öz inancına görə edam cəzası ilə üzləşib və biz İran hakimiyyətinə onun dərhal azadlığa buraxılması ilə bağlı təkrar müraciət edirik”.

34 yaşlı Nadarxani 19 yaşında xristianlığı qəbul edib və İran Kilsəsi adlı kiçik Yevangelist icmanın pastoru olub.

Nadarxaninin məhkumluğu 2010-cu ildə apelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanıb, lakin Tehran ali məhkəməsi onu ləğv edib birinci instansiya məhkəməsinə yollayıb.

Hüquq müdafiəçiləri hesab edir ki, o istənilən vaxt edam edilə bilər.
XS
SM
MD
LG