Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:07

Lənkəranda kollec müəlliməsi rüşvət almaq ittihamı ilə saxlanıb


Arxiv foto: Azərbaycan manatı
Arxiv foto: Azərbaycan manatı
-

Respublika Prokurorluğunun rəsmi saytında yayılan məlumata görə Təhsil Nazirliyinin Lənkəran Dövlət Humanitar Kollecində rüşvətxorluq faktları aşkar edilib. Xəbərdə deyilir ki, Kollecinin müəllimlərinin tələbələrdən rüşvət tələb edilməsi barədə Lənkəran rayon sakininin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb:

“Müəyyən edilib ki, kollecin "İbtidai təhsil" fakültəsinin əyani şöbəsinin müəllimi Mailə Əliyeva kollecin digər vəzifəli şəxsləri ilə əlbir olaraq 4b qrupunun tələbələrinin hər birindən dövlət imtahanında qiymət yazılması üçün 150 manat məbləğində pul alıb. Məlumatın araşdırılması ilə əlaqədar məhkəmənin qərarına əsasən həyata keçirilmiş əməliyyat tədbirləri zamanı M. Əliyevanın 10 tələbənin hər birindən təkidlə 150 manat məbləğində pul alması aşkar şəkildə müşahidə edilərək qeydə alınıb.”

M.Əliyeva həmin məqsədlə tələbələrdən ümumilikdə 3.530 manat məbləğində pul alıb.

Prokurorluq rəsmi məlumatında həmçinin həmin kollecdə təhsilin səviyyəsini tənqid edir: “Bundan başqa, araşdırma zamanı kollecdə tədris proqramlarının əsas etibarı ilə yerinə yetirilmədiyi, ixtisaslı kadrların hazırlanmasının formal xarakter daşıdığı, keyfiyyətsiz tədrisin nəticəsi olaraq tələbələrin zəruri biliklərə yiyələnməməsi, imtahanlarda qiymətləndirmənin meyarı kimi biliyin deyil, pulun və digər vasitələrin əsas götürülməsi kimi neqativ hallara yol verildiyi aşkar edilib.”

Bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Prokurorluq əlavə edir ki, istintaq-əməliyyat tədbirləri vasitəsi ilə bütün təqsirli şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, habelə bu kimi cinayətləri doğuran səbəb və şəraitin aradan qaldırılması üçün zəruri profilaktik tədbirlər həyata keçirəcək.

Bu ittiham sübut olunsa, təqsirli olanlar 3 ilədək müəyyən vəzifə tutma, ya da müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, eyni zamanda əmlakı müsadirə olunmaqla 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.

Amma hələlik prokurorluğun rəsmi məlumatında adı hallandırılan müəllimənin yaxınları, ya da vəkillərinin, eləcə də Təhsil nazirliyinin bu ittihamlarla bağlı hər hansı münasibəti səslənməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG