Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:19

Vasif Talıbov onu fəxri doktor adına layiq görən universitetə hədiyyə göndərib


-

Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!

Sayı: 117 (20.522) 23 iyun 2012


NAXÇIVANDA MİLLİ UNLU – QƏNNADI MƏMULATLARI İSTEHSALI FƏALİYYƏTƏ BAŞLAMIŞDIR

Naxçıvan Muxtar Respublikasının 2009-2013-cü illərdə sosial – iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrası iqtisadiyyatın dinamik inkişafında mühüm rol oynamış, yeni istehsal və xidmət sahələrinin yaradılmasına stimul vermişdir. Yeni yaradılan istehsal sahələrindən biri də «Araz-3» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus milli unlu – qənnadı məmulatları istehsal sahəsidir.

İyunun 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov milli unlu – qənnadı məmulatları istehsalı sahəsinə baxmışdır.

Məlumat verilmişdir ki, yeni texnoloji avadanlıqların quraşdırıldığı istehsal sahəsinin gücü gündə 300 kiloqramdır. Burada, əsasən, milli unlu – qənnadı məmulatları – kətə, qurabiyə, şəkər çörəyi, paxlava, badambura istehsal olunur və qablaşdırılaraq satışa çıxarılır. Gələcəkdə müəssisənin istehsal gücünün daha da artırılması nəzərdə tutlur. Burada 5 yeni iş yeri açılmışdır.

Bildirilmişdir ki, hazırda Naxçıvan Muxtar Respublikasında 316 növdə, 823 çeşiddə məhsul istehsal olunur, 303 növdə məhsula olan tələbat tamamilə daxili imkanlar hesabına ödənilir. Belə istehsal müəssisələrinin fəaliyyətə başlaması daxili bazarın qorunmasında, rəqabətqabliyyətli məhsul istehsalında mühüm rol oynayır. Ona görə də daxili bazarın tələbatına cavab verən istehsal müəssisələrinin yaradılmasına gələcəkdə də xüsusi əhəmiyyət veriləcək, bu istiqamət üzrə sahibkarlara lazımi dövlət dəstəyi göstəriləcəkdir.

BATUMİ DÖVLƏT UNİVERSİTETİNƏ MÜASİR ELEKTRON TƏDRİS VASİTƏLƏRİ TƏQDİM OLUNMUŞDUR

...Qurulan faydalı əməkdaşlığın davamı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun fəxri doktoru olduğu Şota Rustaveli adına Batumi Dövlət Universitetinə tələbələrin istifadəsi üçün yeni kompyuter dəstləri, noutbuklar, elektron lövhələr və proyektorlar hədiyyə edilmişdir.

İyunun 20-də Batumi Dövlət Universitetində Ali Məclis sədrinin universitetə hədiyyə etdiyi ən müasir informasiya texnologiyaları və yeni tədris vasitələrinin təqdimat mərasimi olmuşdur.

Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru, professor – doktor Alyoşa Bakuridze göstərilən diqqətə görə universitetin tələbə kollektivi adından Naxçıvan MR Ali Məclisinin sədri, Batumi Dövlət Universitetinin fəxri doktoru Vasif Talıbova minnətdarlığını bildirmişdir.
XS
SM
MD
LG