Keçid linkləri

2025, 29 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:35

Hollande də ermənilərə verdiyi sözə sadiq qaldığını bildirir


Fransa prezidenti Hollandenin ofisi bildirib ki, Hollande seçkiqabağı Fransa ermənilərinə verdiyi sözə sadiq qalacaq və 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərin öldürülməsinin soyqırım olmasını danmağı qanundan kənar edəcək.

Bu bəyanat Fransa xarici işlər nazirliyinin verdiyi bəyanatdan cəmi bir neçə gün sonra səslənib.

Fransanın xarici işlər nazirliyi bildirirdi ki, erməni soyqırımını danmağı cinayət hesab edən qanundan imtina olunur.
İndi isə Hollandenin ofisi bildirir ki, prezidentin mövqeyi aydındır və məqsədlərə nail olunacaq”.

Bunu xəbər verən Reuters yazır ki, Konstitusiya məhkəməsi erməni soyqırımını danmanı cinayət hesab edən qanunu çox güman ki, yenə rədd edəcək.
Fransanın gündəlik JDD qəzeti xəbər verir ki, buna görə də Hollande hökuməti qanunda alternativ yollar axtarır.
Bunlara o cümlədən, sərəncamla və fərmanla müəyyən olunan cərimələrin tətbiqi daxildir.
XS
SM
MD
LG