Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:40

İsa Qəmbər Əli Əkbərdən danışdı


İsa Qəmbər
İsa Qəmbər
Müsavat partiyasının başqanı İsa Qəmbər tanınmış yazar, bu günlərdə İsveçrəyə mühacirət edən Əli Əkbərin Müsavat başqanının müşaviri olub-olmaması ilə bağlı məsələyə aydınlıq gətirib.

"Media Əli Əkbəri mənə müşavir təyin edib" deyə yazan İsa Qəmbər bu məsələ ilə bağlı sosial şəbəkədəki hesabında aşağıdakıları paylaşıb:

"Azərbaycan ziyalıları tarix boyu Müsavat Partiyasının üzvü olublar və ya bu partiyaya bu və başqa şəkildə dəstək veriblər. Müsavat hər zaman ziyalıların partiyası olub. Əslində bu partiyanı quran insanlar – Rəsulzadə və digər böyük insanlar Azərbaycanın elə ən böyük ziyalıları sırasına daxil deyildilərmi? Üzeyir bəy, Cəfər Cabbarlı, Yusif Vəzir. Çəmənzəminli və Əhməd Cavad kimi ziyalılar o zamankı Müsavatın üzvü deyildilərmi? Müasir dövrdə də İsmayıl Şıxlı, Yusif Səmədoğlu, Əkrəm Əylisli və bir çox başqa görkəmli insanlar bu və ya başqa mərhələdə Müsavat Partiyasının üzvü olublar. Aydın məsələdir ki, ziyalılara yanaşma bir qədər fərqli olmalıdır. Biz ötən il Əli Əkbərin, Seymur Baycanın, Elnur Astanbəylinin, Elmir Mirzəyevin Müsavata qəbul olunmaq barədə bəyanat verdiklərini xatırlayırıq. Onlar bu addımı siyasi məhbuslarla bağlı məsələyə etiraz əlaməti olaraq bir vətəndaş kimi atmışdılar, biz də bunu yüksək qiymətləndirmişdik. Biz hamımız bilirik ki, həmin şəxslər Müsavatın üzvü olandan sonra özlərinin fərdi yaradıcılıqlarında dəyişiklik edəsi deyildilər. Yəni istədikləri şəkildə köşə də, roman da yazacaqdılar, musiqi əsərləri də yaradacaqdılar. Yəni bu azadlıqları bu və ya başqa ölçüdə bütün ziyalılara tanımaq lazımdır. Əli Əkbərin son açıqlamalarına gəldikdə isə, təbii ki, orada uyğunsuz ifadələr var. Ancaq məsələnin mahiyyətinə diqqət eləmək lazımdır. Bu, Əli Əkbərin ürək yanğısıdır, nə qədər vətənlə bağlı həmin ifadəni işlətsə də əgər o laqeyddirsə onu niyə yazır? Bəlkə də bu cür kobud, sərt, iynəli şəkildə insanlara anlatmaq istəyir ki, vətənimizi nə günə salıblar, vətənimiz necə bərbad vəziyyətdədir. Bəlkə bu bir çağırışdır ki, cəmiyyət bu barədə düşünsün. Təbii ki, bu çağırışı daha fərqli formalarda və heç bir qıcıq yaratmadan da etmək olardı. Amma görünür, Əli Əkbər kimi dostlarımız da fikirləşirlər ki, ütülü cümlələrlə, ölçülüb-biçilmiş ifadələrlə edilən çağırışlar cəmiyyətdə kifayət qədər reaksiya yaratmır, məhz bu cür sərt danışmaq lazımdır ki, bəlkə kiminsə ürəyi ağrısın, düşünməyə məcbur olsun. Odur ki, bu məsələyə bir qədər səbrli, dözümlü yanaşmaq lazımdır. Biz ziyalılarımızın, intellektuallarımızın mövqeyinə, çağırışlarına diqqətli olmalıyıq, onlar bizi tənqid edəndə də dözümlü olmalıyıq, cəmiyyətin gözləmədiyi fikirləri səsləndirəndə də..."

Xatərladaq ki, bu yaxınlarda Avropaya köçmüş yazar Əli Əkbər "Azərbaycanın ardından" adlı sərt yazı yazıb.

Yazıda "İndi də təzə hoqqa çıxarıblar. Adını müxalifətçi qoyan bir-iki cır-cındır da bunlara züy tutur: «Bəyəm burda səni təhlükə gözləyirdi?"" və s. fikirlər də yer alıb.

Bundan sonra sosial şəbəkələrdə bəzi müxalifət fəalları belə ifadələr işlədən Əli Əkbərin Müsavat başqanı İsa Qəmbərin müşavirliyindən çıxarılması istəklərini, tələblərini ifadə ediblər.

Onlar Əli Əkbərin bir müddət qabaq Müsavata üzv olmasında əsas məqsədin də mühacirətə getmək üçün "sənəd toplamaq" olduğunu iddia ediblər.

Yeni Müsavat

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG