Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:36

Kofi Annan Bashar Assad ilə görüşəcək


Bu gün BMT-nin və Ərəb Birliyinin xüsusi nümayəndəsi Kofi Annan Dəməşqdə Suriya prezidenti Bashar Assad ilə görüşəcək.

Görüşdə əsasən Annan sülh planı müzakirə olunacaq.

İyulun 7-də Kofi Annan bildirib ki, onun bu planı hələ ki nəticəsizdir. Bashar Assad isə alman televiziyasına müsahibəsində Suriyada baş verənlərə görə ABŞ-ı ittiham edib. Bildirib ki, ABŞ Suriyadakı “terrorçu qrupları” müdafiə edir. Assad Səudiyyə Ərəbistanı və Qətəri də “terrorçuları” silahlandırmaqda ittiham edib. Onun sözlərinə görə, “Türkiyə isə ekstremistləri arxa cəbhədə olduğu kimi dəstəkləyir”.

Həftəsonu Suriyanın dəniz sahillərində geniş hərbi təlimlər keçirilib. Rəsmi məlumatda bildirilir ki, “hazırlıqlar Suriya sahillərinin istənilən potensial işğaldan müdafiəsi üçün” keçirilir.
XS
SM
MD
LG