Keçid linkləri

2017, 27 İyul, Cümə axşamı, Bakı vaxtı 08:39
Azərbaycan Rusiyanln Krasnodar vilayətində baş verən daşqından zərər çəkənlərə humanitar yardım göndərib.
APA-nın məlumatına görə, FHN-in 22 maşından ibarət humanitar yardım karvanı iyulun 8-i saat 21.00 radələrində Krasnodara yola salınıb.
FHN-in Mülki Müdafiə Qoşunlarının qərargah rəisi, polkovnik Aslan Hüseynov yolasalma mərasimində jurnalistlərə deyib ki, Azərbaycan prezidentinin göstərişi ilə Rusiyanın Krasnodar diyarında təbii fəlakətdən ziyan çəkənlərə yardım göstərilir: “Fövqəladə Hallar Nazirliyinin 22 yük avtomobilindən ibarət karvanı fəlakət zonasına yola düşüb. Humanitar yardıma içməli su, şirələr və digər zəruri ərzaq məhsulları daxildir. Maşın karvanını 38 nəfərlik şəxsi heyət müşayiət edir. Humanitar yardımın daşqın zonasına sabah çatacağı gözlənilir”.
Krasnodar baş verən daşqınlarda 171 nəfər ölüb. Təbii fəlakətlə əlaqədar Azərbaycan prezidenti İlham Əliyev rusiyalı həmkarı Vladimir Putinə başsağlığı verib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG