Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:22

Kofi Annan təcili Dəməşqə gedir


Suriya üzrə beynəlxalq elçi Kofi Annan Dəməşqə təcili səfərə gedir.

Bu barədə Suriya xarici işlər nazirliyinin nümayəndəsi xəbər verir.

Onun ölkə rəhbərliyi ilə danışıqlar aparacağı gözlənilir.

Kofi Annan səfər ərəfəsində Fransanın Le Monde qəzetinə müsahibəsində onun təklif etdiyi sülh planının heç bir nəticə vermədiyini deyib.

ABŞ Dövlət katibi Hillary Clinton bundan əvvəl Suriya münaqişəsinin dünc həlli yolunun getdikcə tükəndiyini bildirib.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 10 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG