Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:39

Kubada vəbadan 3 adam ölüb


Kubadakı xəstəxanalardan birində 60 yaşlı xəstədə vəba aşkar edilib.

Bir neçə gün əvvəl ölkəin cənub-şərqindəki Manzinillo şəhərində vəba xəstəliyindən 3 nəfər ölüb.

BBC-nin məlumatına görə, Kubada 50-dən çox adam vəbaya yoluxub.

Xəstəliyin mənbəyi hələlik bəlli deyil.

Həkimlər hesab edir ki, bu sudan ola bilər.

Vəbaya yoluxma halları daha çox ölkənin cənub-şərqindəki Qranma əyalətində qeydə alınıb.

2010-cu ildə bu xəstəlikdən 3300 adamın öldüyü Haitiyə məhz bu əyalətdən xeyli həkim göndərilib.

Sonuncu dəfə Kubada vəba xəstəliyi 1959-cu ildə qeydə alınıb.
XS
SM
MD
LG