Keçid linkləri

2024, 27 Oktyabr, bazar, Bakı vaxtı 20:16

NATO əsgəri mina partlayışında ölüb


Əfqanıstan
Əfqanıstan
Əfqanıstanda yol qırağındakı minalar 14 mülki sakinin, 5 polisin, bir amerikalı əsgərin həyatına son qoyub.
Hadisənin biri Pakistanla sərhəd yaxınlığında Kandahar əyalətində baş verib.
Mikroavtobus minanın üstündən keçib. İkinci mina traktorun keçməsi zamanı partlayıb. Traktor ölü və yaralıları götürmək üçün hadisə yerinə gəlibmiş.
Hadisə ilə bağlı məsuliyyəti hələ heç bir silahlı qruplaşma üzərinə götürməyib.
NATO əsgəri isə başqa bir yerdə mina qurbanı olub.
Polis əməkdaşları isə Helmand əyalətində
nəzarət-buraxılış məntəqəsinə gedərkən həlak olublar. Onların mindiyi nəqliyyat yol qırağındakı minaya tuş gəlib.
Bu hadisələrdən bir gün qabaq isə Əfqanıstanın cənubunda baş verən bomba partlayışı zamanı arasında 4 uşaq olan 11 sakin ölüb.
BMT-nin qiymətləndirməsinə görə, Əfqanıstanda 2011-ci ildə 3 mindən çox mülki vətəndaş ölüb.
XS
SM
MD
LG