Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Gürcü azarkeşi irlandiyalıdan nə ilə fərqlənir?


İspaniya-İtaliya oyunu
İspaniya-İtaliya oyunu
-
Eka Eloshvili 1994-cü ildən İtaliya milli komandasının azarkeşidir. O, futbol oyunlarını seyr etməyə özü də bilmədən başlayıb, indi isə əsl futbolsevərə çevrilib.

Bu il Eka və onun dostları öz ənənələrini pozublar, oyunları fan-klubda deyil, evlərində izləyiblər. İtaliya yığmasının oyununa bəslədiyi dəli bir sevdaya baxmayaraq, Eka finalda İtaliyanın rəqibi - İspaniya yığmasına heyranlığını gizlədə bilmir:

«Bir azarkeş kimi mən ispanların üstünlüyünü etiraf edirəm. Həmin gün onların oyunu və futbol fəlsəfəsi bir möcüzə idi. Futbol sadəcə cənnətdir, qalan bütün dünya onun səviyyəsinə çatmaq üçün gərək sürətlə hərəkət etsin. Mən çox ümid edirdim ki, mübarizə aparmadan biz təslim olmayacağıq. Amma finalda İtaliya azarkeşlərinin istədiyi kimi olmadı».

4-0 hesabı ilə yekunlaşan İspaniya-İtaliya final matçını Eka Eloshvili belə xatırlayır. Bununla belə, o, Avropa çempionatını stadion tribunasından izləyə bilməməsindən çox təəssüflənir.

«STADİONA GEDİB TUM ÇIRTLAYIRIQ»

Gocha Tandarashvili isə hər şeydən əvvəl Gürcüstan millisinin azarkeşidir. O, «Jvarosnebi» azarkeşlər klubunun prezidentidir.
Gürcü azarkeşlər
Gürcü azarkeşlər

Bu il Avropa çempionatı ilə paralel olaraq Lvovda azarkeş klubları arasında keçirilən futbol yarışında o, da iştirak edib.

Gürcü klubu «Avro-Fan» turnirinin çempionu ola bilməsə də, tamaşaçıların simpatiyası prizini qazanıb.

Gocha deyir ki, Gürcüstanda «futbol fanatı» anlayışı başqa cür qarşılanır:

«Gürcüstanda azarkeşlik mədəniyyəti inkişaf etməyib. Biz stadiona gedirik, tum çırtlayırıq, tribunadan söyüşlər qışqırırıq və s. Əslində isə həqiqi fanatlar özlərini televiziya ekranından göründüyü kimi aparmırlar. Bizim «Jvarosnebi» klubumuz da məsələyə yanaşmanı dəyişib, əsl davranış mədəniyyəti yaymağa çalışır».

«MÜTLƏQ AVRO-2016-NIN FİNAL MƏRHƏLƏSİNƏ ÇIXACAĞIQ»

G.Tandarashvili öz subyektiv azarkeş mövqeyindən çıxış edərək bildirir ki, Gürcüstan 2016-cı il Avropa çempionatına mütləq qatılacaq:
Gürcüstan yığması
Gürcüstan yığması

«Növbəti Avropa çempionatında bizim böyük şansımız olacaq. Birincisi, iştirakçı komandaların sayı 24-ə qalxacaq. Belə çıxır ki, Avropanın yarısı final mərhələsində iştirak edə biləcək, bu isə ciddi şansdır. Gənc nəsilə və komandanın inkişafına baxanda isə ümid edirəm ki, o vaxtacan biz yüksək səviyyəyə qalxacağıq, ciddi və yaxşı bir yığmamız olacaq və biz mütləq Avro-2016-nın finalına düşəcəyik».

Gocha arzulayır ki, Gürcüstanda da irlandlar kimi azarkeşlər olsun:

«İrlandiya 0-4 hesabı ilə İspaniya millisinə məğlub oldu. Matçın son 5 dəqiqəsində İrlandiya azarkeşləri komandalarına dəstək üçün mahnı oxumağa başladılar. Hətta hakim fit çalandan sonra 7-8 dəqiqə dayanmadan oxudular. Bax, bu, əsl azarkeşlikdir».
XS
SM
MD
LG