Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:18

Livan ərazisinin Suriyadan atəşə tutulduğu xəbər verilir


Livanın şimalının Suriya ərazisindən raket atəşinə tutulması nəticəsində 2 qız uşağı ölüb, 10-a yaxın adam isə yaralanıb.

Livan hökumətinin məlumatına görə, Vadi-Xaled rayonuna 20-ə yaxın raket atılıb.

Suriya hakimiyyəti Livan sərhəddində döyüş getdiyini təsdiqləyib və hökumət qoşunlarının
Livandan Suriyaya keçmək istəyən terrorçu qrupun qarşısını aldığını bildirib.

Suriyalı hüquq müdafiəçiləri isə şənbə günü Hələb əyalətində getmiş döyüşlərdə dinc sakinlər və hərbçilər də daxil olmaqla azı 16 adamın öldüyünü xəbər verirlər.
XS
SM
MD
LG