Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:40

Rusiyalı zəvvarlar Ukraynada qəzaya düşüb, ölənlər var


Ukraynanın Çerniqovsk vilayətində avtobusun qəzaya uğraması nəticəsində azı 14 nəfər ölüb, 22 adam isə yaralanıb.

Ölənlər Rusiyadan olan zəvvarlardır.

Bu barədə Rusiyanın fövqəladə hallar nazirliyi xəbər verir.

Məlum olmayan səbəbəbə görə, avtobus qarşı yola çıxaraq aşıb.

Avtobusad 45 sərnişin olub.

Rusiyalı zəvvarlar provaslavlar üçün müqəddəs məbədlərdən biri olan Kiyev-Peçora Lavrası kilsəsinə gedirmişlər.

Qəza Kiyev-Çernikov yolunda baş verib.
XS
SM
MD
LG