Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:21

Liviyada seçki keçirilir


Liviyada parlament seçkisi keçirilir.

Agentliklərin məlumatına görə, Paytaxt Tripolidə, qadınlar və qocalar da daxil olmaqla əhali səs vermək üçün növbəyə düzülüb.

Tripolidə maşınlar siqnal verir, ”Allah böyükdür” şüarları səsləndirilir.

Təxminən 2 milyon 700 min nəfərin səsvermə hüququ var.

Yeni parlament hökumət yaratmalı və konstitusiya hazırlamalıdır.

Deputatlıq uğrunda bir neçə min namizəd mübarizə aparır ki, onların çoxu islamçılardır.

Ölkənin şərqində seçkini baykot etməyə çağırıblar.

Cümə günü Benqazidə şərqdən olan deputatlara parlamentdə cəmi 60, qərbdən olan deputatlara isə 100-dən çox yer ayrılmasına etiraz olaraq nümayiş keçirilib.

Ümumilikdə parlamentdə 200 deputat yeri var.

Cümə günü Benqazinin ətrafında seçki bülletenləri aparan vertolyot vurulub.

Nəticədə seçki komissiyasının 1 əməkdaşı ölüb.
XS
SM
MD
LG