Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:50

Bir neçə rayona qazın verilməsində məhdudiyyətlər olacaq


-
İyul ayının 9-10-da Şəmkir, Gədəbəy və Tovuz rayonlarının qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətindən «APA»ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar «Şəmkir», «Şəmkir SES», «Çinarlı», «Çənlibel», «Zəyəm», «Gədəbəy», «Alakol», «Qovlar» və «Dondar Quşçu» Avtomatik Qazpaylayıcı stansiyalarından, eləcə də «Morul», «Sarıtəpə», «Zəhmət» Qaztənzimləyici Məntəqələrindən təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Şəmkir rayonunun Kür, Çinarlı qəsəbələri və Zəyəm kəndinə, Tovuz rayonunun Qovlar qəsəbəsi, Aşağı Quşçu, Dondar Quşçu, Azaflı, Bayramlı, Əsrik Cırdaxan, Alakol, Dönük Qırıqlı, Məşədilər, Yanıxlı və Düz Qırıqlı kəndlərinə, həmçinin Gədəbəy rayonuna təbii qazın verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG