Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 02:26

Naxçıvan şahmatçılar üçün ideal məkandır


Arxiv foto: Respublika Şahmat Mərkəzi
Arxiv foto: Respublika Şahmat Mərkəzi

-
Tənqidi jurnalistikadan, müxtəlif fikirləri əks etdirən məqalələrdən, debat və müzakirələrdən təngə gəlmisənsə, «Şərq qapısı» qəzetini oxu!


3 may 2012. Sayı: 81(20.486)

HƏMYERLİMİZ AVROPA ÇEMPİONU OLUB

Bu ilin aprel ayının 25-dən 30-dək Rusiyanın Sankt-Peterburq şəhərində şərq əlbəyaxa döyüşü növləri üzrə Avropa Çempionatı keçirilib. 45-ə yaxın ölkə komandalarının təmsil olunduğu qitə birinciliyi Azərbaycan komandası üçün uğurla başa çatıb. Belə ki, yığma komandamız bu çempionatda komanda hesabında ikinci yerə layiq görülüb. Avropa Çempionatında yığma komandamızın tərkibində muxtar respublikamızın idmançısı Həsən Əliyev də iştirak edib. Naxçıvan Muxtar Respublikası Şərq Döyüş Sənəti Federasiyasının yetirməsi olan Həsən Əliyev bu yarışda 91+ kiloqram çəki dərəcəsində mübarizə aparıb. Dünya və beynəlxalq səviyyəli yarışların təcrübəsinə yetərincə sahib olan həmyerlimiz çempionatın finalına qədər bütün görüşləri qələbə ilə başa vurub. Həlledici görüşdə rusiyalı idmançı ilə döyüşən Həsən Əliyev rəqibini məğlub edərək Avropa çempionu olub.

NAXÇIVAN ŞAHMATÇI ÜÇÜN İDEAL MƏKANDIR

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə keçirilən «Naxçıvan Open-2012» Beynəlxalq Şahmat Festivalının iştirakçıları arasında tanınmış şahmat ustaları, eləcə də hakimlər və məşqçilər də var. Onlardan bir neçəsi ilə görüşüb həmsöhbət olduq, təəssüratlarını öyrəndik. Viorel İordachescu – beynəlxalq qrossmeyster(Moldova): Azərbaycanlı şahmatçılarla birlikdə müxtəlif beynəlxalq yarışlarda iştirak etmişəm və həmişə onlardan alicənablıq, nəciblik görmüşəm. Açığını deyim ki, bu festivala dəvət alanda çox sevindim. Ona görə sevindim ki, köhnə dostlarımı görmək, onlarla ünsiyyətdə olmaq imkanı əldə etmişəm. Azərbaycanın bir parçası olan Naxçıvanda müasir Azərbaycan haqqında xoş təəssüratlarım daha da artdı. Muxtar respublika bu festivalla dünyanın müxtəlif ölkələrindən gələn insanları bir araya toplayıb. Bu, məncə, böyük nailiyyətdir.... Çalışacağam, dahi rəhbərin xatirəsinə həsr olunmuş festivalın qalibi olum. Çünki, bu mənim üçün, hər şeydən əvvəl, böyük şərəfdir.

DİGƏR MƏQALƏ BAŞLIQLARI:

- Heydər Əliyev və milli dəyərlərimiz
- 1941-1945-ci illər müharibəsinin naxçıvanlı qəhrəmanları
- Zəmanəmizin böyük maarifçisi
XS
SM
MD
LG